Ceyms Uorlik Xocalı faciəsi ilə bağlı anım tədbirinə qatılacaq


ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Xocalı faciəsi ilə bağlı anım tədbirinə qatılacaq.

Bu barədə APA-ya açıqlama verən həmsədr Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciələrin qurbanlarını yad etmək istədiyini bildirib: "Biz ümid edirik ki, münaqişənin hal-hazırda da artmaqda davam edən qurbanları, xüsusən də, onlar arasında günahsız insanların olması, prezidentlərin diqqətini münaqişənin sülh yolu ilə həllinin zərurətinə yönəltməyə kömək edəcək. ATƏT-in Minsk qrupunun həmsədri kimi, mən sülhə nail olmaq üçün öz fransalı və rusiyalı həmkarımla və tərəflərlə işləməyə hazıram. Artıq sülh vaxtıdır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu