Ordumuz ermənilərin hərbi texnikasını və canlı qüvvəsini məhv etdi-VİDEO


Ermənistan silahlı qüvvələrinin hərbi nəqliyyat vasitələri və canlı qüvvəsi məhv edilib.

AFN.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin saytı məlumat yayıb.

Məlumatda deyilir ki, martın 4-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin son təxribat törətmək cəhdinə cavab olaraq, bölmələrimiz növbəti təxribata hazırlaşan düşməni əvvəlcədən aşkar edərək ona qabaqlayıcı zərbə endiriblər.

Atəş nəticəsində hərbi texnika və onlarla canlı qüvvə itirən düşmən törətdiyi qanlı fəaliyyəti öz xalqından yenə də gizlədir.

Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin, eləcə də dinc yaşayış məntəqələrimizin atəşə tutulmasının qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq, düşmənin Ağdərə, Madagis, Talış və digər məntəqələrdə yerləşən hərbi infrastrukturu atəşlə məhv ediləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu