Qarabağda nə qədər erməni yaşayır?


2015-ci ilin dekabrında Dağlıq Qarabağda keçirilən siyahıyaalmanın ilkin nəticələri məlum olub.


Afn.az modern.az-a istinadən bildirir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında 146 min 260 nəfər yaşayır. Qondarma Dağlıq Qarabağ Respublikasının Statistika Xidmətinin məlumatına görə, həmin sakinlərin 70 min 512 nəfəri şəhərlərdə, o cümlədən 50 mini Xankəndidə yaşayır.

"Qarabağın Statistika Xidməti" siyahıyalamanın yekun nəticələri barədə 2016-cı ilin noyabrında hesabat dərc edəcəyini və həmin sənəddə 55 aspekt üzrə Dağlıq Qarabağda yaşayan sakinlərin milliyyəti, məşğuliyyəti və sosial tərkibi barədə məlumat verəcəyini bildirib.

Dağlıq Qarabağda sonuncu dəfə 2005-ci ildə siyahıyaalma keçirilmişdi. Həmin vaxt bölgədə 137 min 737 nəfərin yaşadığı müəyyən olunmuşdu.

Son 10 ildə Azərbaycanın işğal olunmuş torpaqlarında yaşayan əhalinin sayı cəmi 8,5 min nəfər artıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu