Azərbaycan ordusunun şəhid olan əsgəri dəfn olunub


Cəbhənin Tərtər rayonu istiqamətində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan ordusunun əsgəri Neftçalada dəfn olunub.

"Report"un məlumatına görə, aprelin 1-dən 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə şəhid olan 22 yaşlı Elmdar Səlimxan oğlu Səfərovun cənazəsi ötən gün Neftçala rayonuna gətirilib. Bu gün şəhidin cənazəsi rayonun Aşağı Qaramanlı kəndində torpağa tapşırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu