İtkin düşdüyü bildirilən Azərbaycan hərbçiləri ilə əlaqədar araşdırmalara başlanıb


Bir neçə vətəndaşın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciətinə əsasən, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda iştirakları zamanı itkin düşdüyü bildirilən Azərbaycan hərbçilərinin sonrakı taleyinə aydınlıq gətirilməsi üçün aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların vasitəçiliyi ilə müvafiq araşdırma işinə başlanıb.


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından “Report”a bildirilib ki, araşdırmaların nəticələri barədə itkin düşdüyü bildirilən hərbçilərin yaxınlarına və ictimaiyyətə məlumat veriləcək.
Dövlət Komissiyası vətəndaşlarımıza Allahdan səbir diləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu