BQXK-nın Azərbaycan nümayəndəliyi meyitlərin götürülməsi prosesi barədə açıqlama verib


Aprelin 8-də ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesi həyata keçirilib.

Bunu "Report"a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O, meyitləri götürülən hərbçilər barədə əlavə məlumat verməyin mümkün olmadığını qeyd edib: "Çünki bizim komitə bu məsələdə sadəcə vasitəçi olub. Yəni, əməliyyatı keçirənlər Azərbaycan və Ermənistan tərəfləri olub".
Qeyd edək ki, aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinmişdi. Proses ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək həyata keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu