Səməd Seyidov: Ermənistanın təxribatının vaxtı təsadüfi seçilməmişdi


Ermənistanın Azərbaycana qarşı cinayətkar təxribatının vaxtı təsadüfi seçilməmişdi. Həmin dövr Azərbaycanın Qərblə münasibətlərini möhkəmləndirdiyi vaxta təsadüf edir.


Virtualaz.org-un Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) saytına istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, qurumdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Strasburqda AŞ PA-nın yaz sessiyasında çıxış edərkən deyib.

O bildirib: "Təcavüzkara göz yumsaq, daha böyük faciələrin şahidi olacağıq".

S.Seyidov qeyd edib ki, Dağlıq Qarabağda və digər işğal edilmiş ərazilərdə aparılmış etnik təmizləmə ona gətirib çıxardı ki, orada heç bir nəfər də azərbaycanlı yaşamır: "Ancaq bizdə indi də 30 mindən çox erməni yaşayır və bütün bu provokasiyaların yalnız bir məqsədi var, bu da azərbaycanlılarla ermənilər arasındakı uyğunsuzluğu göstərməkdir. Amma belə deyil, biz hər zaman sülh tərəfdarı olmuşuq və mən təklif edirəm ki, azərbaycanlı, erməni həmkarlarımız bir yerdə masa arxasında otursunlar, o cümlədən Dağlıq Qarabağda yaşayan erməniləri və Dağlıq Qarabağdan qovduqları azərbaycanlıları da burada, Avropa Şurasında hamımız bir araya gətirib, qanlı münaqişədən sülh çıxış yolunu tapaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu