Talış kəndi istiqamətində daha bir erməni hərbçisi məhv edildi


Qondarma “DQR müdafiə nazirliyi” bildirir ki, bu gün səhər 06.30 radələrində təmas xəttinin şimal istiqamətində (Talış-Goranboy) Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə erməni qüvvələrinin hərbçisi, 32 yaşlı Marat Danielyan öldürülüb.


Bu, təmas xəttinin həmin istiqamətində hərbi əməliyyatların dayandırılmasından sonra məhv edilən 4-cü erməni hərbçisidir.

Azərbaycan Müdafiə Nazirliyi ötən gecə düşmənin təmas xəttinin bir neçə istiqamətində mövqelərimizi atəşə tutduğunu və cavab zərbələri endirildiyini bildirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu