Qarabağdan Yerevana daha 36 yaralı əsgər aparıldı


Dağlıq Qarabağda yaralanmış erməni əsgərlərinin Ermənistana aparılması prosesi davam edir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, son bir neçə gündə Yerevanın hərbi hospitallarına daha 36 yaralı əsgər gətirilib.

Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalından və “Muratsan” hərbi hospitalından yayılan informasiyaya görə, yaralılardan 3 hərbi qulluqçunun vəziyyəti çox ağır, 2 əsgərin vəziyyəti isə ağır dəyərləndirilir.

Digər hərbi qulluqçuların həyatına real təhlükənin olmadığı bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu