Ermənilərin atdığı mərmilərdən ikisi Tərtər pambıq məntəqəsinə düşüb


Ötən gecə ermənilərin atdığı çoxsaylı "qrad" mərmilərindən ikisi Tərtər şəhərinin mərkəzində yerləşən pambıq məntəqəsinə düşüb.


Bu barədə "Report"a Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, ermənilər cəbhə xəttində təxribat planlarını həyata keçirməkdə davam edir: "Aprelin 27-dən 28-nə keçən gecə ermənilər cəbhə xəttində yenidən atəşkəs rejimini pozub. Onların əsas hədəfi dinc sakinlərdir və buna görə də mütəmadi olaraq yaşayış məntəqələrini və rayon ərazisində yerləşən inzibati binaları atəşə tutur. Ötən gecə isə ermənilərin atdığı "qrad" mərmilərindən ikisi şəhərin mərkəzində yerləşən pambıq məntəqəsinin yaxınlığında partlayıb. Nəticədə məntəqənin binası dağılaraq yararsız hala düşüb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu