Azərbaycan XİN: "İşğal olunmuş ərazilərdə heç bir mülki əhali yoxdur"


"Qoşunların təmas xətti boyunca Ermənistanın nəzarətində olan işğal edilmiş ərazilərdə mülki insanlara və obyektlərə zərərin dəyməsi barəsində rəsmi Yerevanın iddiaları yalandır, işğal olunmuş ərazilərdə heç bir mülki əhali yoxdur"".


Virtualaz.org bildirir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"Azərbaycan ABŞ Dövlət Departamentinin və Rusiya Xarici İşlər Nazirliyinin Qarabağdakı vəziyyətlə bağlı narahatlıqlarını bölüşür", - H.Hacıyev vurğulayıb.

Mətbuat xidmətinin rəhbəri xatırladıb ki, erməni tərəfi aprelin 5-də Moskvada əldə olunmuş atəşkəs razılığını mütəmadi olaraq pozur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu