Putinin sözçüsü Ermənistanın "DQR"i tanımaq cəhdi haqda


Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ermənistan hökumətinin bu günkü iclasında qondarma “DQR”n tanınmasına dair iki deputat tərəfindən irəli sürülən qətnamə layihəsini baxılmaq üçün parlamentə göndərməsinə münasibətini bildirib.


Virtualaz.org xəbər verir ki, Peskov Moskvanın “Qarabağ münaqişəsinin tərəflərinin onsuz da kövrək olan atəşkəsi poza biləcək addımlardan” çəkinməsini gözlədiyini deyib.

“DQR”in tanınması barədə layihənin Moskva ilə müzakirə edilib-edilmədiyi haqda suala Peskov belə cavab verib:” Xeyr, bu məsələ Moskva ilə müzakirə edilməyib”.

“Biz bu kontekstdə qəbul edilən qərarları diqqətlə izləyirik. Və şübhəsiz əvvəlki kimi hesab edirik ki, tərəflər kövrək atəşkəsi poza biləcək və Dağlıq Qarabağda eskalasiyaya aparıb çıxaracaq addımlardan çəkinməlidir”-Peskov əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu