"Formula-1"-dən sonra müharibə XƏBƏRDARLIĞI


Aprel ayındakı 4 günlük müharibə bir neçə nəsil idi ki, dondurulmuş vəziyyətdə qalan Dağlıq Qarabağ münaqişəsinin “buzunu əritdi”.

Bu barədə məşhur britaniyalı jurnalist, analitik və Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal “Politoco Europe” qəzetində dərc etdiyi məqaləsində yazır.

Tomas de Vaal: "Danışıqlar zamanı irəliləyiş əldə olunmasa, Azərbaycanı qane etməyən təkliflər irəli sürülsə böyük hərbi əməliyyatlar başlayacaq."

Onun sözlərinə görə, atəşkəs rejiminin bərpa edilməsi barədə razılıq əldə olunsa da bu baş vermədi. “Mübaliğəsiz deyə bilərəm ki, Azərbaycan və Ermənistan Bosniya münaqişəsinin 2-3 addımlığındadır, Bu isə bütün rehgion üçün zərərli ola bilər”, - analitik həyəcan təbili çalaraq bildirir.

T.Vaal qeyd edir ki, Qarabağ üzrə əldə olunan razılaşma bir neçə il idi ki, gərginlik altındadır. Hər iki tərəf qoşunların təmas xəttinə ağır texnikasını yeridib

“Aprelin 2-də atəşkəsin pozulması böyük çata səbəb oldu. Böyük ehtimalla Azərbaycanın məqsədi Ermənistan ordusunun müdafiəsini yoxlamaq və erməniləri danışıqlar masasına daha zəif halda oturtmaq olub. Azərbaycan Ordusu işğal altında olan ərazilərin bir hissəsini azad etdi və sağlam qüruru yenidən bərpa etdi”, - Qarabağ üzrə mütəxəssis yazır.

Qarabağda gərginliyin yenidən artacağını qeyd edən T.Vaal məqaləsində bildirir ki, hər iki tərəfin kütləvi şəkildə silahlanması ondan xəbər verir ki, yeni toqquşma 1991-1994-cü illərdən fərqli olaraq daha dağıdıcı ola bilər.

“Bundan başqa, qonşu ölkələrdə də narahatlıq artır. Məsələn, azərbaycanlı və ermənilərin yaşadığı Gürcüstanda. Bakı-Tbilisi-Ceyhan neft kəməri bu ölkədən keçir və hədəf seçilə bilər. Beləliklə, təhlükəsizlik vakuumu ya ciddi sülh danışıqları, ya da böyük toqquşmalarla dolacaq”, - məqalədə vurğulanır.

Analitik hesab edir ki, Azərbaycan yeni danışıqlar prosesi istəyir və hərbi gücündən rıçaq kimi istifadə edir. Ermənistan hərbi təzyiq altında razılığa gəlmək istəmir və təhlükəsizlik qarantiyası tələb edir.

T.Vaalın sözlərinə görə, Azərbayca və Ermənistan arasında balanslaşdırılma bundan xəbər verir ki, Rusiya Qarabağda gündəmi müəyyən iqtidarında deyil. Rəsmi Bakı kimi İrəvanın da Rusiyanın niyyətləri ilə bağlı şübhələri var.

Analitik hesab edir ki, hər iki tərəf Rusiyanın regionda təsir gücünü artırmaq məqsədilə sülhməramlıların yerləşdirilməsi planını bloklaya bilər.

“Buna görə də əgər vəziyyət gərginləşərsə, “Rusiya bunun öhdəsindən gələcək” demək bir az sadəlövhlük olar. Bu isə Amerika Birləşmiş Ştatları və Fransa üçün problemlər yaradır. Heç bir ölkə beynəlxalq balanslaşdırma planını təklif etmək üçün kifayət qədər iş görməyib”, - Vaal bildirir.

Onun fikrincə, Qarabağ münaqişə üzrə danışıqlarda irəliləyiş əldə olunmasa, Azərbaycanı qane etməyən təkliflər irəli sürülsə böyük ehtimalla Bakıda keçirilən “Formula-1” yarışlarından sonra, iyunun sonlarında yeni müharibə başlayacaq.

“Biz ancaq ümid edə bilərik ki, Qafqazda çox intensiz hərbi əməliyyatlar və bunun region üçün təhlükəsi çoxdandır davam edən münaqişənin həllinə diqqəti yönəldəcək, - məqalədə deyilir.

2016-cı il "Formula-1" Avropa Qran-Prisi 17-18-19 iyun tarixlərində keçiriləcək.

Son bir ayda Tomas de Vaalın bu ikinci müharibə xabərdarlığıdır. Bundan əvvəl aperlin 8-də analitik Qarabağla bağlı məqaləsində qeyd etmişdi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri "çemodan diplomatiyası" yürüdürlər - regiona gəlib-gedirlər, başqa heç nə etmirlər: "Bu münaqişəni həll etmək üçün Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın birgə səyləri ilə kompleks beynəlxalq sülhməramlı əməliyyatlara start verilməlidir. bu çox ciddi çağırışdır. Cənubi Qafqazda fəlakət gətirən müharibənin yanında heçdir. Nə qədər ki, gec deyil, münaqişə böyük dövlətlərin fəaliyyəti nəticəsində sülh yolu ilə həllini tapmalıdır".

ANS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu