Sekuta: ABŞ və digər ölkələr narahatdır...


“Etiraf etməliyik ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.

APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, ABŞ və digər ölkələri hazırkı durum narahat edir: “Dövlət Departamentinin sözçüsünün və ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin dəfələrlə bəyan etdikləri kimi, biz tərəfləri yenidən bir araya gəlmək, danışıqlar masasına əyləşmək və hərtərəfli sülh sazişi istiqamətində danışıqlar aparmağa çağırırıq. Hesab edirik ki, bu, vacibdir. Minsk Qrupunun həmsədr ölkələri buna görə çox səylə çalışırlar ki, tərəfləri yenidən danışıqlara cəlb etsinlər və qeyd etdiyimiz hərtərəfli sülh danışıqları istiqamətində danışıqlar aparsınlar. Tərəflərin atəşkəs rejiminə ciddi riayət etməsi və hərtərəfli sülh sazişi üzərində işləməsi vacibdir. İstər Minsk Qrupu çərçivəsində, istərsə də dövlət katibi Con Kerri tərəfindən ikitərəfli şəkildə münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərimizi davam etdiririk”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu