Kerri ve Lavrov Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcək


"Bu gün Rusiya XİN başçısı Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında keçiriləcək görüşün əsas mövzusu Suriya və Dağlıq Qarabağ, əlbəttə ki, Ukraynadakı vəziyyət, eləcə də ABŞ-Rusiya ikitərəfli münasibətləridir".


"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Qeyd edək ki, mayın 16-da Avstriyanın paytaxtı Vyanada ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçiriləcək görüşdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyət də müzakirə ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu