Samvel Babayan “müdafiə naziri” olmaq üçün bazar günü Qarabağa gəlir


Qondarma “DQR”in keçmiş “müdafiə naziri”, bu günlərdə müəmmalı şəkildə Moskvadan İrəvana dönən Samvel Babayan (“Samo”) həftə sonu Xankəndinə gələcək.


Virtualaz.org xəbər verir ki, məlumatı “Samo”nun tərəfdarı olan müxalif “deputat” Ayk Hanumyan “Azadlıq” radiosunun erməni xidmətinə verib.

Xəbər verdiyimiz kimi Samvel Babayan Ermənistan mediasına müsahibəsində aprel döyüşləri zamanı Azərbaycan ordusunun iki briqadasının cəmi 1 saata ermənilərin müdafiə xəttini yardığını deyib. Bildirib ki, Ermənistan nə insan, nə maddi resurslara görə Azərbaycanla ayaqlaşa bilməz və bu gedişlə Azərbaycan əsgərləri gəlib İrəvanda çay içəcəklər.

Analitiklərə görə “Samo”nun məqsədi Qarabağda yenidən hakimiyyəti ələ almaqdır. Elə “DQR parlamenti”nin deputatı Hanumyan da deyir ki, “Samo”nun tezliklə Qarabağ silahlı qüvvələrində vəzifə alacağı istisna deyil. “Bəli, mən bunu istisna etmirəm və biz məhz buna can atırıq ki, Samvel Babayan yenidən müdafiə naziri olsun”-Hanumyan deyib.

Onun sözlərin görə, belə qərarı qəbul etmək səlahiyyəti Bako Saakyanın (qondarma “prezident”) əlindədir. Hanumyan “Samo”nun bazar günü Qarabağa gələcəyini təsdiqləyib, lakin onun Bako Saakyan və digərləri ilə görüşlərinin nəzərdə tutulduğu haqda məlumatlı deyil. Qondarma rejimin sözçüsü David Babayan isə deyib ki, onda Samvel Babayanın “DQR rəhbərliyi” ilə görüşəcəyinə dair məlumat yoxdur. “Mənim bildiyimə görə belə plan yoxdur, hansısa görüş planlaşdırılmayıb”-o deyib.

Lakin analitiklər hesab edir ki, Bako Saakyanın “Samo”nu “müdafiə naziri” təyin edəcəyi ağlabatan deyil. Çünki “Samo”nun ambisiyalarına və xarakterinə Qarabağda yaxşı bələddirlər, nəzərə alırlar ki, o, “müdafiə naziri” olsa əslində bütün hakimiyyəti öz əlinə alacaq. O zaman “Samo” Qarabağda yenidən necə müdafiə naziri ola bilər?

Məsələ ondadır ki, keçmiş səhra komandirləri arasında onun çoxlu tərəfdarları var və istisna deyil ki, belələri həm də Qarabağın erməni qüvvələrinin sıralarında yer alır. O zaman “Samo” hərbi çevriliş edib hakimiyyəti ələ almaq planı üzərində düşünə bilər. Xüsusən də Moskvadan dəstək alıbsa.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu