Prezident İlham Əliyev: "Status-kvo qəbuledilməzdir"
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə Berlində keçirdiyi birgə mətbuat konfransında deyib.
Azərbaycan Prezidenti bildirib ki, qoşunların təmas xəttində atəşkəs daimi pozulur, atəşkəs rejimi qeyri-sabitdir, kövrəkdir: "Bugünki status-kvo bu cür davam edə bilməz. Aprel ayından Ermənistan bizə qarşı silahlı təxribatları davam etdirir".