Putinin hərbi blok rəhbəri Qarabağdakı aprel hadisələrindən danışdı


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sərhədlərində hər hansı silahlı münaqişənin olması hərbi blokun bütün üzvləri üçün təhlükəlidir.


Anspress bildirir ki, bu sözləri KTMT -nın baş katibi Nikolay Bordyuja bir neçə gün əvvəl təyin edilən Ermənistanın Milli Təhlükəsizlik üzrə Məsləhət şurasının katibi Armen Qevorkyanla Yerevanda keçirdiyi mətbuat konfransında deyib.

Jurnalistlər Bordyujadan aprel ayında Azərbaycan və Ermənistan arasında baş verən gərginliklə bağlı başçılıq etdiyi təşkilatın mövqeyini soruşublar.

Bordyuja isə jurnalistlərin sualına diplomatik cavab verərək deyib ki, onlar belə hadisələri diqqətdən kənarda qoymurlar. Təşkilat rəhbəri Rusiyanın vəziyyətinin normallaşdırılması və münaqişənin həllində aktiv rol oynadığını deyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında aprelin əvvəlində baş verən gərginlik zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana dəstək göstərməməsi rəsmi Yerevanın etirazı ilə nəticələnmişdi.

Bir müddət əvvəl isə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan jurnalistlərə açıqlamasında deyib ki, Ermənistan müdafiə məsələlərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və digər strukturlara deyil, yalnız özünə güvənməlidir. O, müttəfiqlərinin və KTMT ölkələrinin öz öhdəliklərini yerinə yetirməli olduqlarını bildirib.

Onlar hesab edirlər ki, KTMT-yə daxil olan dövlətlərdən Belarus, Qazaxıstan və Rusiya açıq formada bitərəflik nümayiş etdirib. Digərləri isə cəbhədəki gərginliyə münasibət bildirməkdən boyun qaçırıblar.

Hətta Qazaxıstan bəzi hallarda Azərbaycanın mövqeyini müdafiə edib. KTMT-nin Yerevanda keçirilməsi planlaşdırılan iclası da Qazaxıstanın təklifi ilə təxirə salınıb. Rəsmi Astana səbəb kimi Dağlıq Qarabağda vəziyyətin gərginləşməsini göstərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu