Rusiya və Fransa prezidentləri Qarabağla bağlı razılığa gəldilər


Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Fransua Olland Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu çərçivəsində fəal birgə işin davam etdirilməsi barədə razılığa gəliblər.

Virtualaz.org İTAR-TASS-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Vladimir Putin ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkəsinin rəhbəri kimi, Fransa prezidenti Fransua Ollandı Dağlıq Qarabağ münaqiçəsi üzrə Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sarkisyanla iyunun 20-də Sankt-Peterburqda keçirilmiş üçtərəfli danışıqlar barədə məlumatlandırıb. Rusiya və Fransa liderləri ümid etdiklərini bildiriblər ki, həmin görüşdə əldə olunan nəticələr sülh prosesinin davam etdirilməsinə kömək edəcək.

Razılaşdırılıb ki, bu istiqamətdə ATƏT-in Minsk Qrupu çərçivəsindəki birgə aktiv fəaliyyəti davam etdirmək lazımdır”, - deyə mətbuat xidmətinin məlumatında vurğulanır.

Prezidentlər dünyanın siyasi gündəmindəki digər aktual məsələləri, o cümlədən Ukrayna böhranını müzakirə ediblər.

Məlumatda o da bildirilir ki, Olland Böyük Britaniyadakı məlum referendumla bağlı Avropa İttifaqında aparılan müzakirələr barədə fikirlərini Putinlə bölüşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu