3811 nəfər Qarabağda itkin düşüb


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı statistik məlumatlar açıqlanıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən xəbərə görə, Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər 3811 nəfərdir.

Onlardan hərbçilər - 3098 nəfər, mülki şəxslər - 713 nəfərdir. O cümlədən uşaqlar: 61 nəfər (20 nəfər qız, 41 nəfər oğlan), qadınlar 255 nəfər, qocalar 304 nəfərdir (158 nəfər qadın).

Eyni zamanda 877 nəfərin əsir-girov götürülməsi barədə məlumatlar daxil olub. Onlardan 595-i hərbçilər, 282-si mülki şəxslər, eləcə də 27-si (7 nəfər qız, 20 nəfər oğlan) uşaqlar, 99-u qadınlar, 114-ü isə (65 nəfər qadın) qocalardır.

Əsir və girovluqdan azad edilmiş şəxslərə gəlincə isə bu rəqəm 1436 nəfərdir.

Onlardan: hərbçilər - 351 nəfər, mülki şəxslər - 1085 nəfər, o cümlədən uşaqlar: 210 nəfər (74 nəfər qız, 136 nəfər oğlan), qadınlar: 341 nəfər, qocalar: 285 nəfər (108 nəfər qadın).

Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatından keçən itkin düşmüş şəxslər: Azərbaycan tərəfindən - 3734 nəfər, erməni tərəfindən - 780 nəfərdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu