Erməni əsgəri silahı atıb Azərbaycan tərəfə qaçdı


Azərbaycan Müdafiə Nazirliyi erməni əsgərinin silahını ataraq Azərbaycan tərəfə keçməsi faktını təsdiqləyib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu, ermənilər arasında yaranmış gərginlik, qorxu və panika hissi ilə bağlıdır.
Müdafiə Nazirliyi tərəfindən əlavə rəsmi məlumat veriləcək.

* * *17:40

Qarabağdakı erməni işğalçı qüvvələrinin hərbi xidmətçisi Andranik Qriqoryan Azərbaycan tərəfə qaçıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.

Məlumata görə, 24 yaşlı erməni hərbçisi bu gün silah-sursatını elə döyüş postundaca ataraq Azərbaycan tərəfə keçib.

Qeyd edək ki, Ermənistan ordusunda müqavilə ilə xidmət edən 1991-ci il təvəllüdlü A.Qriqoryanın Azərbaycan tərəfə qaçması faktını erməni mətbuatı də təsdiqləyib. Erməni KİV-ləri bu xəbəri Qarabağdakı işğalçı rejimin “müdafiə nazirliyi”nin mətbuat xidmətinə istinadən yayıb.

Bundan əvvəl Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən atışmada 20 erməni hərbçisi həlak olmuş və yaralanmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu