Kəlbəcər girovlarından məktub gəlib


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, başçəkmə yanvarın 16-sı və 21-də baş tutub.

Görüş yanvarın 16-da baş tutub. Görüş zamanı ailələrin məlumatları girovlara çatdırılıb və onlardan da ailələrinə çatdırılması üçün məlumat alınıb.

Xatırladaq ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov ötən il 29 iyun tarixində yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüb. Onlarla birlikdə olan Həsən Həsənov isə öldürülüb. Ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.(azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu