"Atəşkəs müvəqqətidir, əhali Qarabağdan qaçır..."


“Dağlıq Qarabağ Respublikası”nın “baş naziri” Araik Aratunyan aprel döyüşləri ilə bağlı erməni KİV-lərinə müsahibə verib.

Araik Aratunyan bildirib ki, hələ aprel ayından öncə qoşunların təmas xəttində aktivliyin olacağı gözlənilirdi: “Əgər biz 2014-cü ilin avqust, 2015-ci il və 2016-cı ilin ilk rübünü xatırlasaq, görərik ki, münaqişə bölgəsində toqquşmalar olub. Ona görə də biz anlamalıyıq ki, atəşkəs müvəqqətidir. Təmas xəttində atəşin azalması o anlama gəlmir ki, həmişə belə olacaq. Biz ordu hazırlığına diqqət ayırmalıyıq”.

Aratunyan aprel döyüşlərindən sonra Talış kəndində yaşayan ermənilərin Qarabağ ərazini tərk etdiyini etiraf edib: “Talış kəndinin sakinləri Ermənistan və ya digər ölkələrə köçüblər. Talış kəndində əvvəllər 500-ə qədər erməni yaşayıb. Madagiz kəndinin sakinləri də yaşadıqları ərazini tərk ediblər. Aprel döyüşlərindən sonra Qarabağın digər kəndlərindən də bəzi insanlar öz yaşadıqları ərazini tərk ediblər”.

(azvision.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu