"İran Qarabağ münaqişəsinin həllini istəyir"


“İranda keçirilən idman yarışında erməni idmançının köynəyində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının əks olunması İran və Azərbaycan arasında olan yüksək əlaqələri korlamaq məqsədi daşıyırdı”.

AzVision.az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin diplomatik fəaliyyətinin başa çatması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, İran dövlətinin məsələyə münasibəti kəskin olub:

“İdman yarışlarının təşkilat komitəsinə ciddi xəbərdarlıq edildi. Gələcəkdə Ermənistandan gələn idman komandaları İrana ciddi nəzarət altında buraxılacaq. Biz qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımırıq”.

Səfir əlavə edib ki, İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “İran rəsmi və coğrafi sərhədlərin dəyişməsinin əleyhinədir. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz aydındır. Biz münaqişənin həll olunmasını arzulayırıq və münaqişənin həllində əlimizdən gələn köməyi etməyə hazırıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu