Ermənilər Ağdam ərazilərində təlimlərin növbəti mərhələsinə başlayıb


Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdirir.

APA-nın xəbərinə görə, erməni tərəfinin müxtəlif qoşun birləşmələri işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində artilleriya qurğularından istifadə edərək hərbi təlimlərin növbəti mərhələsinə başlayıb.

Təlimdə toplar, reaktiv artilleriya qurğuları, minaatanlar, eləcə də zirehli texnikalardan istifadə edilir. Ermənistan ordusunun təlim atışlarının səsi cəbhəyanı yaşayış məntəqələrində, hətta qonşu rayonların ərazilərində aydın eşidilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu