Terrorçuların bayrağı Qarabağda


Ermənilər işğal altında saxladıqları Qarabağ ərazisində təxribatlara davam edirlər.

Modern.az xəbər verir ki, dünya birliyinin terror təşkilatı kimi tanıdığı ASALA qruplaşmasının bayrağı Qarabağdakı təmas xəttində asılıb. Bu fotofaktı ermənilər sosial şəbəkədə yayıblar. Onlar həmin bayrağın 2011-ci ildən bəri təmas xəttinin Tərtər rayonu istiqamətindəki döyüş mövqelərində asıldığını və Azərbaycan mövqelərindən göründüyünü yazırlar.

Xatırladaq ki, ASALA terror təşkilatı 1975-ci ildə Livanın paytaxtı Beyrutda yaradılıb. Təşkilat əksəriyyəti türk diplomatı olmaqla, ümumilikdə 46 nəfərin ölümünə bais olub. 1988-ci ildə liderləri Akop Akopyan Afinada öldürüldükdən sonra ASALA fəaliyyətinə son qoyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu