İlham Əliyev: "Razılaşma alınsa, Dağlıq Qarabağ muxtar respublika olacaq"


Qarabağ münaqişəsinin tənzimlənməsi Dağlıq Qarabağ muxtar vilayətinin ətrafındakı ərazilərin azad edilməsi şərti ilə mümkün görünür.

Bunu Azərbaycan prezidenti İlham Əliyev “Sputnik”ə müsahibəsində deyib.

“Əlverişli güzəşt mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, onların həyat fəaliyyətinin, özünüidarəetmənin, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsinin təmin edilməsi, Dağlıq Qarabağ muxtar vilayətinin ətrafındakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında sülh şəraitində qarşılıqlı əlaqə - münaqişənin həlli bizə belə görünür”, - “Rusiya bu gün” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyova müsahibəsində İlham Əliyev belə deyib.

Eyni zamanda, İlham Əliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünə dair məsələlərdə güzəşt mümkün deyil. “Lakin yerli özünüidarəetmə məsələləri üzrə güzəşt ola bilər. Gələcəkdə isə, razılığa gələ bilsək, bu, muxtar respublika ola bilər”, - dövlət başçısı əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu