Həmsədrlər Nalbandyanla Qarabağı müzakirə edib


ATƏT-in Minsk qrupunun həmsədrləri İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

AzVision.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andryö (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kasprşiki qəbul edib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair bir sıra məsələlər müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu