Nalbandyan Fransada: Qarabağ müzakirə ediləcək


Fransa XİN rəhbəri Jan-Mark Eyro erməni həmkarı Edvard Nalbandyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in rəsmi nümayəndəsi Romen Nadal bildirib.

“Jan-Mark Eyro bu gün Ermənistandan olan həmkarı Edvard Nalbandyanı qəbul edəcək. Bu franko-erməni əlaqələrinə yeni impuls verəcək. Belə ki, ikitərfli əməkdaşlıq haqqında iki saziş imzalanacaq”, - deyə Nadal bildirib.

Nadalın sözlərinə görə, hər iki nazir, həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təkliflərini müzakirə edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu