SON DƏQİQƏ: Tərtərdə gərginlik - Pulemyotlar evləri nişan alıb


Erməni silahlı birləşmələri bu gün cəbhənin Tərtər istiqamətində Azərbaycan ordusunun mövqelərini və mülki vətəndaşları pulemyotlardan atəşə tutub.

AFN.az Cebhe.infoya istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonu Qapanlı kəndini pulemyotlardan ataşə tutması nəticəsində bir evə ciddi ziyan dəyib.

Belə ki, düşmən tərəfinin açdığı atəş nəticəsində Qapanlı kənd sakini Zakir Əliyev İslam oğluna aid evə mərmi düşüb.

Mərmi evin pəncərəsindən evə düşüb və evə ciddi ziyan dəyib. Zakir Əliyevin verdiyi məlumata əsasən, həmin vaxt evdə heç kim olmadığı üçün itki qeydə alınmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu