Həmsədrlər xarici işlər nazirləri ilə görüşə bilər


Rusiya Hamburqda keçirilən Xarici İşlər Nazirləri Şurası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında "3+2" formatında görüşün baş tutmadığını təsdiq edib.

AzVision.az xəbər verir ki, “Moskva-Bakı” portalına açıqlama verən Rusiyanın ATƏT-dəki rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib ki, həmsədr ölkələrin Dağlıq Qarabağa dair sonuncu bəyanatı məzmunca mənalı, danışıqlar prosesinin baza prinsipləri əks etdirir.

“Bəzən ATƏT çərçivəsində Rusiya, ABŞ və Fransanın mövqeləri tam əksinə olsa da Minsk qrupu çərçivəsində həmsədr ölkələri birgə və həmrəy hərəkət edir”.

A.Lukaşeviç əlavə edib ki, tezliklə ATƏT-in Minsk qrupu həmsdərləri ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün təşkili mümkündür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu