Erməni tərəfi dezinformasiya yaymaqda davam edir


Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin qoşunların qarşıdurma xəttində vəziyyəti gərginləşdirmək məqsədilə dezinformasiya yaymağa davam etdiyini açıqlayıb.

Erməni tərəfi cari ilin dekabr ayının 29-da törətdiyi uğursuz təxribat nəticəsində verdiyi itkilərə bəraət qazandırmaq məqsədilə guya sərhəddə növbəti təxribatın baş verdiyi və Azərbaycan tərəfinin itkiləri barədə bu gün yenə də həqiqətə uyğun olmayan və daxili auditoriyaya hesablanmış növbəti yalan məlumat yayıb.

"Əgər erməni tərəfinin "təkzibolunmaz sübutları" varsa, təqdim etsinlər. Rəsmi olaraq bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, gündəlik xidməti fəaliyyətini davam etdirir və əməliyyat şəraitinə tam nəzarət edir". - deyə MN-dən bildirilib.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi cəbhədə toqquşmaların dekabrın 30-da da davam etdiyi, Azərbaycanın 4 əsgərinin həlak olduğu barədə məlumat yayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu