"Xocalı soyqırımı ən ağır cinayətlərdən biridir"- PA rəsmisi




“Xocalı soyqırımı Ermənistan siyasi rejiminin törətdiyi ən ağır cinayətlərdən biridir”


Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində deyib.

Şöbə müdiri bildirib ki, Azərbaycan azadlıq və müstəqillik uğrunda çətin yol keçib. PA rəsmisi qeyd edib ki, ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı daim beynəlxalq ictimaiyyət məlumatlandırılıb: “Xocalı soyqırımı ən ağır cinayətlərdən biridir. Bu məsələyə hüquqi qiymət verilməyib. Yəni, bu iş aktuallığını saxlayır. Ermənilərin Azərbaycana qarşı törədikləri, o cümlədən Xocalı faciəsi hər bir vətəndaşın, dövlət qurumunun qarşısında duran əsas məsələdir. Xocalı soyqırımı sülh və insanlığa qarşı ən ağır cinayət kimi qiymətləndirilir. Xocalı soyqırımı erməni millətçi dairələrinin 100 illər ərzində Azərbaycana qarşı apardığı siyasətin ən qanlı səhifələrindən biridir. Çalışmalıyıq ki, hüquqi müstəvidə mübarizə aparaq, haqq səsimizi dünyaya çatdıraq. Azərbaycanda bununla bağlı istintaq qrupu yaradılıb. Cinayət işi 2005-ci ildən sonra hərbi prokurorluğa həvalə olunub. Hərbi prokurorluq cinayət işini bu gün də aparır. Cinayətkarlar məlumdur, onlar İnterpol xətti ilə axtarışa verilib. Qanlı cinayəti Ermənistanın siyasi rəhbərliyi törədib, onlar bunu gizlətmirlər də. Bu cinayətləri törədən şəxslər keçmiş prezident Robert Koçaryan, hazırki prezident Serj Sarkisyan və onların ətrafıdır”.

Ə.Mehdiyev xatırladıb ki, bir sıra dövlətlətlər Xocalı soyqırımını tanıyıb: “Bu, informasiya mübarizəsi sahəsində aparılan işin nəticəsidir. Biz bu məsələyə hüquqi qiymətin verilməsi üçün çalışmalıyıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu