Burdurda Qarabağ parkı və Xocalı abidəsi açılacaq



Millət vəkili Q.Paşayevanın Burdurda Qarabağ parkı və Xocalı abidəsinin açılması təklifi bələdiyyə başqanı tərəfindən dəstəklənib.

Xocalı soyqırımı ilə bağlı konfrans vermək üçün Burdura səfər edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Burdur bələdiyyə başqanı Ali Orkun Ercengizlə görüşüb. Millət vəkili Q.Paşayevanın Burdurda Azərbaycan küçəsi, Qarabağ Parkı və Xocalı abidəsi təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə başqanı yaxın zamanlarda qaldırdığınız təkliflər gerçəkləşəcək, çünki Mustafa Kamal Atatürkün söylədiyi kimi Azərbaycanın sevinci bizim də sevincimiz, kədəri bizim də kədərimizdir deyib.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova və Əməkdar Artist Nuriyyə Hüseynovanın da iştirak etdiyi görüş zamanı Azərbaycana böyük sevgisi və təkliflərini müsbət qarşıladığı üçün bələdiyyə başqanına təşəkkür edən millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Azərbaycanı çox sevdiyini deyən Burdur bələdiyyə başqanı Ali Orkun Ercengizlə Q.Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova və Əməkdar Artist Nuriyyə Hüseynova Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparıblar.

Millət vəkili Q.Paşayeva son zamanlar qardaş Türkiyədə terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyib. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Burdurun da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib.

Burdur bələdiyyə başqanı Ali Orkun Ercengiz Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib. Millət vəkili Qənirə Paşayeva Burdur bələdiyyə başqanına həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. O, həmçinin bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın yaxın günlərdə oxuculara təqdim olunacaq hissəsələrində qədim Burdurun da yer alacağını bildirib: “Azərbaycan insanına Burduru daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”.

Burdur bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva, Nəcibə Nəsibova və N.Hüseynova bələdiyyə başqanını Azərbaycana dəvət ediblər. Azərbaycanı çox sevdiyini deyən Burdur bələdiyyə başqanı Ali Orkun Ercengiz Azərbaycana mütləq səfər edəcəyini bildirib.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu