Qənirə Paşayeva İstanbulda "Xocalı Soyqırımının 25-ci ildönümü" adlı konfransda çıxış edib




Millət vəkili Qənirə Paşayeva İstanbulda İstanbul Böyükşehir bələdiyyəsi və Türk Ədəbiyyatı Vəqfinin birlikdə təşkil etdiyi "Xocalı Soyqırımının 25-ci ildönümü" adlı konfransda "Xocalı soyqırımı həqiqətlərinin dünyada geniş yayımasında ədəbiyyatın, sənətin və sosial medianın rolu" adlı geniş məruzə ilə çıxış edib.

AFN xəbər verir ki, Əli Əmiri Əfəndi Mədəniyyət Mərkəzində şair Özcan Ünlünün sədrlik etdiyi konfransda millət vəkili Qənirə Paşayeva ilə yanaşı, xalq şairi Sabir Rüstəmxanlı, yazar İmdat Avşar, Mədəniyyət Universitetindən dosent Bəxtiyar Aslan iştirak edib. Konfransdan öncə Xocalı Soyqırımı ilə bağlı, Xocalıda yaşanan vəhşiliyin görüntülərini əks etdirən film nümayiş olunub. Konfransda çıxış edən xalq şairi Sabir Rüstəmxanlı Qarabağın tarixindən və taleyindən bəhs edib. Dosent Bəxtiyar Aslan Ərdahan bölgəsindəki erməni vəhşiliklərindən və ermənilər tərəfindən qətl edilən türklərin kütləvi məzarlardan danışıb. İmdat Avşar isə insan və torpaq arasında bir bağ olduğunu, torpağın vətən olması üçün bu bağın vacibliyini qeyd edib, Qarabağda bu durumun yaşandığını, türklərin bu torpaqlarla bağının qoparılması siyasətinin yüzildir davam etdirildiyini deyib.

Qənirə Paşayeva geniş məruzə ilə çıxış edərək Türk dünyasını Xocalı soyqırımı həqiqətlərinin yayılmasında səylərini artırmağa çağırıb: "Bundan 25 il öncə Xocalıda bir soyqırım törədildi. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində bir milyon insanımız qaçqın və məcburi köçkünə çevrildi. Bu məsələ qanayan bir yara olaraq davam etməkdədir. Xocalı Soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir. Biz Xocalını unutmadıq, unutdurmayacağıq. Bu məsələni hər an dünya gündəmində saxlamaq üçün bu dövrün dili ilə danışacağıq. Bu dövrün (çağın) dili nədir? Bu dövrün dili kinodur, internetdir, virtual aləmdir, ədəbiyyatdır, sənətdir... Qarabağ həqiqətlərini və Xocalı Soyqırımını bütün dünyaya duyurmaq və bu soyqırımı törədənlərin ədalət qarşısında cavab vermələri üçün hər imkandan istifadə edilməli, vicanları hərəkətə gətirən, ən azından bu faciəni vicdanlarda məhkum etdirən sənədli filmlər, kinolar daha da artmalı, dünyanın bir çox dillərinə tərcümə etdirərək yaymalıyıq. Beləliklə bu məsələni daha təsirli şəkildə anlatadacağıq." Konfransdan sonra Türk ədəbiyyatının Xocalı soyqırımına həsr edilən fevral sayı konfrans iştirakçılarına pulsuz təqdim edildi.

Konfransda çıxışın linkini burdan izləyə bilərsiniz:














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu