Qarabağda müharibə anonsu: Ağır silahlar...




"Aydındır ki, keçən il Qarabağın həlli üçün təhlükəli idi. Bu il isə təmas xəttində daha ciddi silahların tətbiqi imkanları baxımından daha təhlükəli ola bilər".



Bunu jurnalistlərə açıqlamasında britaniyalı tanınmış araşdırmaçı Tomas De Vaal söyləyib. O, Qarabağ konfliktinin diplomatik yolla həllindən başqa alternativ görmədiyini bildirib.

De Vaal buna sübut kimi Vyanada əldə olunan razılaşmaları göstərib: “Bu müqavilənin əsas şərti təmas xəttində atəşkəsin mandatının gücləndirilməsi ilə bağlı razılaşma idi. Bu tələb həm Ermənistan, həm Azərbaycan hökumətinə qarşı irəli sürülmüşdü. Lakin bu işləmədi və müqavilə də imzalanmadı. Nəyə görə? Aydındır ki, səhvlər oldu. Mütləq ATƏT-in Minsk Qrupunun üzvlərindən biri bu razılaşmanın yerinə yetirilməsi ilə bağlı öhdəlik götürməlidir. Üstəlik, ATƏT-in Minsk Qrupunun formatı gücləndirilməlidir. Həmsədrlər isə öz növbəsində konfliktin yenilənməsinə imkan verməmək üçün Vyana razılaşmasına yenidən baxmalıdırlar”. (axar.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu