Dilqəm Əsgərov üçün Gürcüstandan həkim çağırıldı


Xəbər verdiyimiz kimi, Kəlbəcər rayonunda girov götürülən azərbaycanlı Dilqəm Əsgərov ailəsinə məktub göndərib.

D.Əsgərovun qardaşı Sahib Musayev azvision.az-a deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktub artıq ailəyə çatdırılıb. Məktubda qeyd edilib ki, Dilqəm Əsgərovu müayinə etmək üçün Gürcüstandan həkimlər dəvət edilib: “Beynəxlaq Qızl Xaç Komitəsinin vasitəçiliyi ilə Gürcüstandan həkimlər gəlmişdi. Məni müayinə etdilər. Hələlik səhhətim normaldır. Hər kəsə salam olsun”.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünənki mətbuat konfransında Dilqəm Əsgərovun taleyi barədə danışıb.

S.Lavrov qeyd edib ki, D.Əsgərovu erməni tərəfi saxlayıb və bu məsələni Ermənistanla müzakirə edəcəklər.

Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzasına, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu