Qənirə Paşayevaya Qars Qafqaz Universitetindən dəstək- FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 8-05-2017, 18:21    |    Xəbər oxunub: 1 070 dəfə
Qənirə Paşayevaya Qars Qafqaz Universitetindən dəstək-


Millət vəkili, Dr. Qənirə Paşayeva Qarsda Qafqaz Universitetinin rektoru Prof. Dr. Sami Özcan və universitetdə təhsil alan gənclərlə görüşündə Qarabağ həqiqətlərinin daha geniş yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizəmiz daha da güclənməlidir deyib.



Qafqaz Universitetinin rektoru Prof. Dr. Sami Özcan qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Rektor rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib. Professor Rəna Mirzəzadə, Dos. Afina Barmanbay və Cavad Axundzadənin iştirak etdiyi görüşdə millət vəkili, Dr. Qənirə Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Qafqaz Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib. Qars Qafqaz Universitetində təhsil alan azərbaycanlı tələbələrin sayının getdikcə artmasının sevindirici hal olduğunu qeyd edən millət vəkili, Dr. Qənirə Paşayeva onların burada özlərini öz vətənlərindəki kimi hiss etmələri və keyfiyyətli təhsil almaları üçün yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib və azərbaycanlı tələbələrin də öz növbəsində Qafqaz Universitetində Azərbaycanı layiqincə təmsil etdiklərinə inandığını bildirib. Millət vəkili, Dr. Qənirə Paşayeva Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərin, konfransların daha da artmasına ehtiyac olduğunu deyib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə,oxumağa,öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədədə geniş fikir mübadiləsi aparılıb. Qafqaz Universitetinin rektoru rəhbərlik etdiyi universitet ilə Azərbaycanın ali təhsil məktəbləri arasında əlaqələrin daha da inkişaf edəcəyini deyib və millət vəkilinə dəvətlərini qəbul edib universitetdə konfrans verdiyi üçün təşəkkürünü bildirib və bu cür konfransların önəminə toxunaraq onu təkrar konfranslar verməyə dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva burada təhsil alan azərbaycanlı tələbələrlə bağlı bir sıra fikir və təkliflərlə çıxış edib və geniş fikir mübadiləsi aparılıb. Q.Paşayev həmçinin Qafqaz Universitetinin müəllimləri, burada təhsil alan bəzi azərbaycanlı tələbələrlə və digər türk torlumlarından olan tələbələrlə də görüşüb. Görüşdə millət vəkili Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Millət vəkili Qafqaz universitetində çalışan azərbaycanlı alimlərlə də ayrıca görüşüb və geniş fikir mübadiləsi aparılıb.

Qənirə Paşayevaya Qars Qafqaz Universitetindən dəstək-

Qənirə Paşayevaya Qars Qafqaz Universitetindən dəstək-

Qənirə Paşayevaya Qars Qafqaz Universitetindən dəstək-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər

"ASAN Yay Festivalı" Gəncədə

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? -

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? - VİDEO

Vəkil sirrləri açdı:

Vəkil sirrləri açdı: MTN sabiq naziri necə tutub?

Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü

Bu rayonlarda qazın dayandırılması təxirə salınıb

Bu rayonlarda qazın dayandırılması təxirə salınıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri və millət vəkilləri ilə Qarabağdan danışıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri və millət vəkilləri ilə Qarabağdan danışıb

Elnarə medalla təltif olundu -

Elnarə medalla təltif olundu - FOTOLAR

Rəqsanəyə cinayət işi açıla bilər -

Rəqsanəyə cinayət işi açıla bilər - AÇIQLAMA

Məktəbli formaları dəyişir -

Məktəbli formaları dəyişir - Nazirlikdə işçi qrupu yaradıldı

NRYTN inhisarçılıq edib:

NRYTN inhisarçılıq edib: Nazirliklə bağlı məcburi qərar qəbul edildi

“Nar”ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!

“Nar”ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!

Yaxın günlərdə hansı yaşayış məntəqələrinə qaz veriləcək?-

Yaxın günlərdə hansı yaşayış məntəqələrinə qaz veriləcək?- "Azəriqaz"dan açıqlama

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur