Şəhidimizin qisası üçqat alındı, düşmən əsgərləri məhv edildi




Erməni işğalçı qüvvələri bu gün təmas xəttində ağır itki verib.

Qondarma “dqr müdafiə nazirliyi”nin yaydığı məlumata görə Azərbaycan ordusunun dəzgahlı avtomatik qumbaraatandan endirdiyi zərbə nəticəsində erməni işğalçı qüvvələrinin üç hərbçisi ölüb. Bunlar 20 yaşlı hərbi qulluqçular Araik Matinyan, Vigen Petrosyan və Vardan Sərkisyandır. Hadisənin təmas xəttinin hansı istiqamətində baş verdiyi göstərilmir.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün təmas xəttində düşmən təxribatının qarşısını alarkən ordumuzun əsgəri Sultan Niyaz oğlu Şahvələdovun şəhid olduğunu açıqlayıb. Şəhid doğulduğu Qusar rayonunda torpağa tapşırılıb. Və Azərbaycan ordusu çox keçmədən şəhidin qisasını üçqat misilləməsi ilə aldı.(virtualaz)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu