Ermənistan ordusu bu gün də itki verdi




Ermənistan ordusunun Qarabağdakı işğalçı birləşmələri bu gün də itki verib.



Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, qondarma “dqr müdafiə nazirliyinin” yaydığı məlumata əsasən saat 09.40 radələrində təmas xəttində Azərbaycan tərəfdən açılan atəşlə 1997-ci ildə anadan olmuş hərbi qulluqçu Narek Tiqranoviç Qasparyan öldürülüb. İnsidentin təmas xəttinin hansı istiqamətində baş verdiyi bildirilmir.

Ötən gün Azərbaycan ordusunun tank əleyhinə dəzgahlı qumbaratandan endirdiyi zərbə nəticəsində düşmənin təkərli texnikası sıradan çıxarılıb və azı 5 əsgəri məhv edilib. Yaralılar da var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu