Müdafiə Nazirliyi: "Dünən düşmənin 5 əsgəri məhv edilib"






Azərbaycan Müdafiə Nazirliyi dünən cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümü ilə bağlı məlumatlara münasibət bildirib.



Nazirliyin Mətbuat xidməti bildirir ki, düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib: “Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib.Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib. Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir”.

Azərbaycan ordusunun tank əleyhinə dəzgahlı qumbaraatandan endirdiyi zərbə nəticəsində 3 əsgərin ölməsi ilə yanaşı daha iki əsgərin-Myasnik Ovanisyanın və Vardan Harutyunyanın ağır yaralandığı haqda məlumat ötən gün axşam erməni sosial şəbəkə istifadəçiləri tərəfindən də yayılıb. İndi Azərbaycan MN onların da öldüyünü bildirir. Bu gün erməni KİV-ləri xəbər verib ki, ötən gün təmas xəttində yaralanan iki əsgər ağır vəziyyətdə İrəvandakı mərkəzi hospitala aparılıb. Onların adları açıqlanmayıb.

Erməni sosial şəbəkə istifadəçiləri Azərbayan ordusunun tank əleyhinə dəzgahlı qumbaraatandan Ermənistan ordusunun təkərli texnikasını vurduğunu bildirir. Hadisənin təmas xəttinin hansı istiqamətində baş verdiyi göstərilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu