Ermənilər Azərbaycan Ordusunun hücumuna hazırlaşırlar





26 iyunda işğalçı erməni ordusunun Qarabağdakı motoatıcı batalyonlarından birində hərbi təlimlər keçirilib.

Virtualaz.org bildirir ki, bu haqda Novosti Armeniya Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Şərti döyüş meydanında rəqibin qəfildən hücumu ssenarisi oynanılıb: atəş mövqelərində uğursuzluq, əks-hücum, ön xəttin bərpası və daha əlverişli mövqelərdə müdafiəyə keçid.

Təlimlərdə bölmələrin və qoşun növlərinin qarşılıqlı əlaqələrinə, eləcə də rabitə və idarəetmə sistemlərinə xüsusi diqqət ayrılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu