Qənirə Paşayeva Montoneqro və Mərakeş nümayəndə heyətinə Qarabağdan danışıb




Millət vəkili Qənirə Paşayeva AŞPA-da Monteneqronun Baş naziri və Mərakeş heyəti ilə görüşüb.

AFN xəbər verir ki, AŞPA-da çıxış edən Monteneqronun Baş naziri Dusko Markoviçlə qısa görüş zamanı millət vəkili Q.Paşayevanın ölkələrimiz arasında genişlənən əməkdaşlıqla bağlı fikirlərini dəstəkləyən baş nazir iki dost ölkə olan Azərbaycanla Monteneqro arasında əməkdaşlığın daha da inkişaf edəcəyini bildirib.
Mərakeş nümayəndə heyəti ilə görüşdə millət vəkili Qənirə Paşayeva Azərbaycanla Mərakeş arasında bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın getdikcə daha da artmasının sevindirici hadisə olaraq qiymətləndirib. Ölkələrimizin arasında olan yüksək dostluq münasibətləri, iki dost ölkə münasibətlərinin inkişafı istiqamətində görülən işlərdən danışan millət vəkili Qənirə Paşayeva Azərbaycan parlamentinin də Mərakeşlə əlaqələrin və dostluğun inkişafına böyük önəm verdiyini və bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnuniyyət yaratdığını deyib. Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanla bağlı, xüsusilə də Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi, Xocalı soyqırımı barədə də ətraflı məlumatlar verib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu