Kapadokyada Qarabağ küçəsinin açılışı olub- FOTOLAR




Türkiyənin qədim Nevşəhər vilayətində, qədim Kapadokyada Qarabağ küçəsinin açılışı olub.



Bölgə bələdiyyə başqanlarının, millət vəkillərinin, QHT və KİV təmsilçilərinin iştirakı ilə həyata keçirilən tədbir millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və Uçhisar bələdiyyəsinin qərarı ilə hazırlanıb. Qədim Kapadokyanın mərkəzi küçələrindən birinə, hər il yüzminlərlə turistn keçdiyi küçəyə qədim Qarabağın adını verməkdən çox məmunuq deyən Uçhisar bələdiyyə başqanı Ali Karaarslan millət vəkili Q.Paşayevanın bir müddət öncə Qarabağ həqiqətləri ilə bağlı bölgəyə konfrans verməyə gəldiyi zaman hər il yüzminlərlə turistin ziyarət etdiyi qədim Kapadokyanın mərkəzi küçələrindən birinə Qarabağ adının verilməsi təklifi ilə çıxış etdiyini deyib və bu təklifi reallaşdırmaqdan çox məmunuq deyib. Qarabağ Azərbaycan qədər bizim də problemimiz və acımızdır deyən bələdiyyə başqanı bundan sonra da hər zaman Azərbaycanın yanındayıq deyib. Nevşəhər millət vəkili Mustafa Açıkgöz Qarabağ probleminin həllində ikili sstandartlardan çıxış edən və Azərbaycana lazımi dəstək verməyən beynəlxalq təşkilatları qınayaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman Azərbaycanın yanındayıq deyib. Millət vəkili Q. Paşayeva bildirib ki Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində “Xocalı”, “Qarabağ” adı ilə abidələr, parkların, küçələrin açılması ənənəsi davam edir. Sadəcə Türkiyədə deyil bütün dünyada turistlərin ən çox ziyarət etdiyi yerlərdən biri olaraq qəbul edilən qədim Kapadokyada belə bir küçənin açılması gənc nəsillərimiz üçün önəmli olmaqla bərabər dosta da düşmana da önəmli bir məsajdir deyən millıət vəkili Q.Paşayeva çıxışında tədbir iştirakçılarına Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib, jurnalistlərin suallarını cavablandırıb, bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib. Millət vəkili Qənirə Paşayeva ümumilli lider Heydər Əliyevin ifadə etidiyi kimi “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin birlik və bərabərliyinin daha da gücləndiyini deyib:“Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olursanız səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı. İşğalçı Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün birlikdə daha da çox çalışmalıyıq. Birliyimizi daha da gücləndirməliyik”. Millət vəkili Q.Paşayeva 2 yaşlı Zəhranın şəklini göstərərək onun erməni faşistləri tərəfindən vəhşiçə öldürülməsindən də danışıb. Bu zülmə dünya birliyinin səssiz qaldığını deyib və həqiqətlərin dünyaya daha geniş yayılması üçün birlikdə daha da çox çalışmalıyıq deyib. Millət vəkili biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə baş verən hadisələrlə bağlı verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmana da çox önəmli məsaj oldu deyib. Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib. O bildirib ki bu gün Türkiyədə bu cür tədbirlərimizin keçirilməsi çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:” İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib. Açılış lentlərinin kəsilməsi, müğənni İlham Əskəroğlu və istedadlı gənclərimizdən Nicat Canıyevin ifasında “Qarabağ Şikəstəsi” və “Çırpınırdı Qara dəniz” əsərlərinin səslənməsi ilə başa çatıb. Qeyd edək ki tədbirlər Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi ilə həyata keçirilib. Millət vəkili Q.Paşayeva tədbirin sonunda Uçhisar bələdiyyə başqanı Ali Karaarslana və Nevşəhər millət vəkili Mustafa Açıkgözə Qarabağ həqiqətləri, Azərbaycan mədəniyyəti ilə bağlı əsərlər, hədiyyələr, kitablar təqdim edib.
























AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu