Azərbaycanın "müharibə planı" erməniləri vahiməyə saldı




Ermənistan mediasında erməni yazar Artyom Balasanov tərəfindən yazılmış “Azərbaycan növbəti müharibədə "üç cəbhə" strategiyasından istifadə edəcək” adlı məqalə dərc edilib. Məqalədə, Azərbaycan tərəfinin növbəti hücum istiqamətlərindən bəhs edilir.

Yazıda göstərilmiş məqamlar onu sübut edir ki, erməni tərəfi Azərbaycanın təsir vasitələrindən, hərbi potensialından, Ordusunun döyüş imkanlarından qorxur və ehtiyatlanır. Bu amil də düşmən tərəfdə vahimə və xof yaradır. Erməni müəllifin yazısı onu sübut edir ki, düşmən Azərbacan Silahlı Qüvvələrindən cəkinir. Məqalədə onlar qorxduqlarını boyunlarına alır, beləliklə də erməni əhalisini psixoloji cəhətdən məğlubiyyətə hazırlayırlar. Yəni mövcud kriminal rejim bunun normal hal kimi qəbul edilməsinə, gələcəkdə Ermənistanın təxribatı nəticəsində aprel döyüşləri kimi proseslər təkrar olunarsa, coxlu itki verəcəklərinə və ərazi itirəcəklərinə dair əhalidə fikir formalaşdırmaqla məsələyə loyal yanaşılmasına nail olmaq istəyir. Yəni “Biz demişdik Azərbaycanın gücü, hərbi texnikası, silah-sürsatı, canlı qüvvəsi bizdən qat-qat artıqdır. Erməni xalqı bu məğlubiyyəti normal qarşılamalı və daha sıx birləşməlidir” tip bəyanatlara zəmin hazırlanmaqdadır. Beləliklə, bu istiqamətdə təbliğat aparmaqla, Azərbaycanın münaqişənin həlli istiqamətində atacağı addımlarla bağlı ekspert açıqlamalrı tirajlamaqla, kriminal hərbi-siyasi rejim gələcək məğlubiyyətlərinə və uğursuzluqlarına haqq qazandırmağa can atır.

Bəs Artyom Balasanovun məqaləsində konkret söhbət nədən gedir? AFN erməni mənbələrinə istinadən bildirir ki, müəllif “Azərbaycan növbəti müharibədə"üç cəbhə" strategiyasından istifadə edəcək” açıqlamasını verib. Məqalədə bildirilir ki, Azərbaycan KİV-nin məlumatına görə, Azərbaycan İsrail istehsalı olan yeni nəsil "Spear MK2" avtomatlaşdırılmış minaatanlar alıb: "Bu silah Elbit Systems tərəfindən istehsal edilmişdir.
Yeni nəsil minaatanlar idarə olunan Spear minaları ilə hədəfləri 10 km-ə qədər məsafədə məhv etməyə qadirdirlər.
Azərbaycanın növbəti müharibə zamanı insan itkisini azaltmaq məqsədilə Qarabağ və Ermənistan cəbhəsində yeni nəsil silahları tətbiq etməklə onların idarəedilməsinə az sayda hərbi qulluqçu, hətta muzdlu da cəlb edəcəyi mümükündür.
Azərbaycan növbəti müharibə zamanı “3 cəbhə” taktikasını tətbiq edəcək.
Birinci cəbhə Qarabağ cəbhəsi olmaqla apreldə ələ keçirilən Talış yaxınlığındakı və Lələtəpədəki mövqelərdən hərbi təyinatlı obyektləri, kənd və şəhərləri atəşə tutacaq. Həmçinin həmin mövqelərdən yeni əraziləri ələ keçirməyə istifadə edəcək.
İkinci cəbhə isə Naxçıvan olacaq. Bu istiqamətdən Ermənistanın strateji rayonları Ararat vilayətini, kənd təsərüfatı və təbii ehtiyatları ilə zəngin olan Vayots Dzor ərazilərini atəş altında saxlayacaq. Bu bölgə Ermənistan dövlət büdcəsinin əsas hissəsini təşkil edir. Syunik vilayətindən isə İran-Ermənistan alternativ strateji yolu keçir. Bundan başqa, Ermənistan paytaxtı Yerevan birbaşa atəş zərbəsi altinda qala bilər.
Üçüncü cəbhə isə Tavuş vilayətində dislokasiya olunan 3-cu ordu korpusu ola bilər. Bakı bu bölgədə yerləşən kənd və qəsəbələri, şəhərləri, cəbhə boyu hərbi hissələri atəş altına almaqla, oradan əsas cəbhə olan Qarabağ cəbhəsinə Vardenis-Ağdərə qısa yolu ilə əlavə qüvvələrin təxliyyə edilməsinin qarşısını ala bilər.
Xatırladaq ki, İsraıl Müdafiə Nazirliyi hər cür hava şəraitində fəaliyyət göstərməyə qadir olan taktiki Hermes -900 PUA-nın İsrail hərbi hava qüvvələrinə təhvil verildiyini elan etmişdir. Bu PUA-larda Elbit Systems tərəfindən istehsal edilmişdir. Hermes-900 PUA-ların ilk alıcılarından biri Azərbaycandır. Bu PUA-lar uzun müddət havada qala bilər, kəşfiyyat təyinatlıdır, radioelektron mubarizə vasitələri var, zəruri hallarda zərbə qurğuları ilə təchiz etmək olar. Azərbaycan “Zərbə” PUA-larının sınaqlarına və kütləvi yerli istehsalına başlayıb. 2017- ci ildə daha 2 növ PUA istehsalına başlayacaq.
Aprel döyüşlərində Azərbaycan tərəfi İsrail istehsalı olan zərbə PUA-larından geniş istifadə etdi. Həmçinin atəşin idarə olunması üçün də pilotsuz uçuş aparatlarından istifadə olunurdu.
Öz istehsalı olan PUA-lar İsraildən alınanlarla müqayisədə o qədər də baha başa gəlmir. Buna görə də Azərbaycan geniş istifadə etmək məqsədilə kəşfiyyat, zərbə (kamikadze) və kəşfiyyat-zərbə tipli PUA-ların istehsalına qərar verib . Erməni tərəfi HHM və REM qöşun növlərinin möhkəmləndirilməsinə diqqət yetirməlidir.
Azərbaycan tərəfi PUA-ları tətbiq etməklə cəbhəyə gələn əlavə qüvvələrin qarşısını almaq, dərinliklərdə qoşunların yerdəyişməsini əngəlləmək, Laçın və Kəlbəcər yolu ilə Ermənistandan Qarabağa gələn köməyin aktivliyini zəiflətmək məqsədlərinə nail olmaq üçün istifadə edə bilər".
Göründüyü kimi, erməni yazar məqaləsində ölkələr arasında müharibənin yenidən başlanacağı təqdirdə mümkün planları vahimə ilə qələmə alıb və qarşı tərəfin gücündən qorxuya düşdüklərini açıq-aydın ortaya qoyub.

FƏRİDƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu