“İşğal olunan 5 rayon Azərbaycana qaytarılmalıdır”- Duqin




Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur. Lakin Rusiyada bu münaqişədə vasitəçi kimi iştirak edir. Bu gün status-kvo bizi qane etmir və mənə elə gəlir ki, hazırkı status-kvo tərəflərin özlərini də qane etmir.

AzVision.az xəbər verir ki, bunu “Moskva – Bakı oxu” konfransından əvvəl jurnalistlərə açıqlamasında rusiyalı ideoloq Aleksandr Duqin bildirib.

Onun sözlərinə görə, Ermənistan Qarabağa nəzarət edir, lakin həm Rusiya, həm də dünya birliyi, Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Problemin hərbi yolla həlli yoxdur. Lakin biz irəli getməli olduğumuz ana yaxınlaşmışıq”.

Duqin eyni zamanda, Azərbaycanın gücləndiyini və regionda güc balansının dəyişdiyini də etiraf edib: “Bəli, Ermənistan Rusiyanın dostu, tərəfdaşıdır, lakin Rusiya Azərbaycanı da dost və tərəfdaş kimi qəbul edir. Ölkələri hərbi sahə də daxil olmaqla, yaxınlaşması prosesi gedir. Lakin Azərbaycanla dostluq Ermənistana qarşı deyil. Bu belə və ya əksinə qəbul oluna bilməz. Qarabağ münaqişəsinin nizamlanması yolu? Ermənistan, şübhəsiz Azərbaycana işğal olunan beş rayonu qaytarmalıdır. Təkrar edirəm, biz irəli getməliyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu