Qənirə Paşayeva Kırşehirdə “30-cu Ahilik Həftəsi” nin açılışında Qarabağ çağırışı edib- VİDEO+FOTOLAR




Millət vəkili Qənirə Paşayeva Kırşehirdə “30-cu Ahilik Həftəsi” tədbirlərinin açılışında iştirak və çıxış edib.



Türkiyənin Gənclik və İdman naziri, Rize millət vəkili Dr. Osman Aşkın Bakın da təşrifiylə açılan Ahilik Həftəsi Kırşehir Bələdiyyəsinin Mehter Takımının gür sədası altında və minlərlə vətəndaşın qatıldığı kortec yürüyüşüylə başladı. Gənclik və İdman naziri Dr. Osman Aşkın Bak, millət vəkili Qənirə Paşayeva, Kırşehir Valisi Necati Şentürk, Kırşehir Bələdiyyə Başqanı Yaşar Bahçeci, Kırşehir millət vəkilləri Mikayıl Aslan, Salih Çetinkaya və çok sayda şəxsin qatıldığı kortec yürüşündə protokol üzvləri əllərində Azərbaycan və Türk bayraqlarıyla yürüdülər. Kırşehir sakinlərinin büyük sevgi göstərisində olduğu və alqışlarla müşayiət etdiyi yürüş Kırşehirin yetiştirdiyi böyük xalq ozanı Neşet Ertaş adına Kültür və Sanat Mərkəzinə qədər devam etdi. Neşet Ertaş Kültür- Sanat Mərkəzində təşkil edilən açılış mərasimində öncə Kırşehir Bələdiyyəsinin Mehteran Takımı coşqulu bir konsert verdi, ardından Kırşehirin Xalq Oyunları Dərnəyinin qızlar qrupu folklor göstərisi etdi. Kırşehir bələdiyyə başqanı Yaşar Bahçeci, Kırşehir valisi Necati Şentürk, Türkiyənin Genclik və İdman naziri Dr. Osman Aşkın Bak və millət vəkili Qənirə Paşayeva açılış mərasimində çıxış etdilər. Millət vəkili Qənirə Paşayeva çıxışında Azərbaycan və Türkiyənin qardaşlığından bəhs edərək qədim Ahilik Təşkilatının da təməl fəlsəfəsinin “qardaşlıq” olduğunu söylədi. Ahilik Təşkilatının qurucusu Ahi Evranın azərbaycanlı olduğunu, onun Xoy şəhərindən Anadoluya gəldiğini qeyd edən Qənirə Paşayeva, Ahilik təşkilatının qədim qayda və qanunlarından söz açtı və Ahilik ənənəsindəki “pabucun dama atılmağı” barədə danışdı. Qənirə Paşayevanın verdiyi bilgiyə görə, əsnaf, ticarətçilər təşkilatı olan Ahilik adətinə görə, öz işini düz etməyən, saxtakarlıq edən adamlar pabucun dama atılmaqla işdən əl çəkdirilirmiş. “Pabucu dama atılan” ticarətçi da artıq hökmən o bölgəni tərk etməli olurmuş. Ahilik təşkilatının qardaşlıq hüququndan da geniş söz açan Q. Paşayeva qardaşlığın bir-birinə sahib çıxmaq olduğunu dedi və Azərbaycan ilə Türkiyənin qədər, tale birliyi haqda danışdı. Türklərin böyük bir imtahandan keçdiyi Çanaqqalada yüzlərlə azərbaycanlı şəhidin olduğunu, 1918-ci ildə Nuri Paşa komandanlığı altında Azərbaycana gələn Türk Qafqaz İslam Ordusu içində də yüzlərlə türk şəhidi olduğunu, bunların da bir neçəsinin Kırşehirli şəhidlər olduğunu dedi. Türk dünyasının çeşidli bölgələrində Türk insanlarının yaşadığı ağrı və açılrdan geniş danışan millət vəkili Q.Paşayeva güc birlikdədir, birliyimizi daha da gücləndirib bizə qarşı işğallara, ədalətsizliklərə daha geniş mübarizə aparmalıyıq deyib. Ahilik yürüşündən və konfransdan çox təsirləndiyini dilə gətirən Qənirə Paşayeva Qarabağ problemindən danışaraq, gələn il Ahilik yürüşünün Qarabağda, Şuşada, birlik içərisində işğaldan azad edəcəyimiz bütün o gözəl torpaqlarımızda da təşkil etmək arzusu ilə çıxışını bitirdi. Qənirə

Paşayeva gələcək illərdə qardaş şəhər olan Kırşehir ilə əlaqələrin daha gücləndiriləcəyini də qeyd etdi.













AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu