Qənirə Paşayeva Şəhid ailələri və Qazilər cəmiyyətləri ilə görüşdə Xocalı soyqırımından danışıb




Türkiyənin Kırşehir vilayətində konfranslar verən millət vəkili Q.Paşayeva səfər çərçivəsində Şəhid ailələri və Qaziləri cəmiyyətlərini də ziyarət edib.



"Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir",- deyən millət vəkili Q.Paşayeva bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən millət vəkili Q. Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb. Hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən danışan millət vəkili Q.Paşayeva onları Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri və qazilər cəmiyyəti üzvləri hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyblər və böyük məmuniyyətlə Azərbaycana gəlmək istədiklərini bildirərək dəvəti qəbul ediblər. Millət vəkilinin Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu ilə bağlı fikirlərinə isə biz də hər zaman qardaş Azərbaycanın yanındayıq və bunu oradakı qardaş-bacılarımıza söyləyin deyiblər. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, belə qəhrəman şəhidlərimiz və qazilərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib: “Azərbaycan olaraq, acınız acımız, üzüntünüz üzüntümüzdür. Allahdan şəhidlərimizə rəhmət diləyirik. Terroru, onu təşkil edənləri, arxasında duran gücləri lənətləyirik. Azərbaycan bütün məsələlərdə, terrorla mübarizədə hər zaman Türkiyənin yanındadır”.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu