Türkiyə vətəndaşlarına Qarabağla bağlı xəbərdarlıq edildi




Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmək istəyən vətəndaşlara xəbərdarlıq edib.

Nazirlik məsələ ilə bağlı 2017-ci il 29 sentyabr tarixli açıqlamasına əlavə olaraq qeyd edib ki, Türkiyə işğal altında olan torpaqlarımızın azad olunması üçün Azərbaycanla birlikdə fəaliyyət göstərməkdədir. Bildirilir ki, işğal altındakı torpaqlara Azərbaycanın icazəsi olmadan səfər etmək beynəlxalq hüquqa ziddir. Vətəndaşların diqqətinə çatdırılır ki, Azərbaycan tərəfi bu cür səfərlərin qarşısını almaq üçün qanunauyğun olaraq məhdudiyyətlər tələb edir. Odur ki, bu cür qanunsuz səfərlər edən Türkiyə vətəndaşları da həmin tələblərə əməl etməlidirlər. Qanuni tələblərə riayət etmək daha münasibdir.

Açıqlamada qeyd olunur ki, Türkiyə tərəfi qeyd olunan ərazilərə qanunsuz səfər edən vətəndaşları müdafiə etmək imkanında deyil.

Qeyd edək ki, 22 sentyabr tarixində bir qrup Türkiyə vətəndaşı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib. Ölkəmizə qarşı açıq-aşkar sayğısızlıq edən Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu