Kıbrıslı nazir: “Qarabağ Kıbrısın da problemidir”

Xəbərin çap versiyası
Tarix: 6-10-2017, 17:00    |    Xəbər oxunub: 550 dəfə
Kıbrıslı nazir:


Ötən həftə Şimali Kıbrıs Türk Cümhuriyətinin Milli Təhsil və Mədəniyyət naziri Dr.Özdemir Berova Bakıda səfərdə olub. Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk kıbrıslı nazirlə Azərbaycanı necə görməsi, iki ölkənin turizm potensialı və başqa mövzular ətrafında söhbət edib.
AFN həmin müsahibəni təqdim edir:


- Cənab nazir, Azərbaycan Kıbrısdan necə görünür?

- Əvvəla, mənə çox xoşdur ki, qardaş Azərbaycandayam. Azərbaycanda olmaqdan qürur və fərəh hissi keçirirəm. Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir. Bakıda yaradılan infrastruktur vəziyyətdən xəbər verir. Bu gün Azərbaycanın türk dünyasında xüsusi önəmi var. Bundan fəxr etməyə bilmərik. Azərbaycan nə qədər çox inkişaf edərsə, eynilə Türkiyə, Kıbrıs da inkişaf edər. Biz bir millətin övladlarıyıq

- Kıbrısda təhsilin səviyyəsi h ansı həddədir?

- Bilirsiniz ki, bu gün Kıbrısda təhsilin səviyyəsi yüksəkdir. Yüksək şərtlərə cavab verən təhsil sistemimizi formalaşdırmışıq. Minlərlə azərbaycanlı gənc Kıbrıs universitetlərində təhsil alır. Təhsil alan azərbaycanlı tələbələr yaradılan şəraitdən bəhrələnirlər. Qeyd edim ki, onlar vətənlərinə qayıdıb müxtəlif sahələrdə çalışaraq, öz təcrübələrini bölüşəcəklər. Onların uğurları və xoş sədalarını eşitmək bizi də sevindirir.

- Bilirik ki, Kıbrısda turizm inkişa edir. Hal-hazırda vəziyyət necədir?

- Kıbrısda turizm sahəsinə xüsusi önəm verilir. Ölkəmizin əsas gəlir mənbəyi turizmdən formalaşır. İldə on minlərlə turist qəbul edirik. Kıbrısın əlverişli coğrafi mövqeyi və turizm üçün yaradılan şərait turistləri cəlb edir.

- Azərbaycan turizmini izləyirsinizmi?

- Bəli. Son illər Azərbaycanda turizmdə güclü inkişaf müşahidə olunur. Ölkəyə turistlərin axını sürətlənib. Bir məsələni qeyd edim ki, Azərbaycanda turizmin inkişafı digər sahələrin inkişafına təkan verə bilər. Bu isə yeni iş yerləri və əlavə gəlir mənbəyi deməkdir. Azərbaycanda yeni hotellərin istifadəyə verilməsi və yaradılan infrastrukur turizmin inkişafına müsbət implus verəcək.

- Özdəmir bəy, Qarabağ problemi haqqında sual vermək istərdim. Kıbrıslılar Qarabağ problemi haqqında nə qədər geniş bilgiyə sahibdirlər?

- Qarabağ Kıbrısın da problemidir. Təəssüf ki, ikili standartlar Qarabağ məsələsinin həllinə imkan vermir. Qarabağda yaşanan hadisələrlə Kıbrısda yaşanan hadisələr arasında oxşar cəhətlər çoxdur. Hər ikisində də insanlar qətliamlara məruz qalıblar. Bu, bizim acımızı birləşdirən ortaq faktdır. Beynəlxalq təşkilatların Qarabağ məsələsində hərəkətə keçməsi lazımdır. Çünki dünya birliyi qəbul edir ki, Qarabağ qeyri-qanuni olaraq işğal altındadır. Biz praktiki addımları görmürük. Bunu təəssüflə qeyd etməliyəm. İnanıram ki, tezliklə azərbaycanlı qardaşlarım öz vətənlərinə geri dönəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Hərbçilərin məzuniyyət pulunun verilməsi qaydası dəyişdirildi

Azad Rəhimov:

Azad Rəhimov: Bəzi Olimpiya komplekslərinin inşası dondurulub

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib-

Aqrar Universitetdə strateji yol xəritəsi, məqsədlər və hədəflərə dair toplantı keçirilib- FOTOLAR

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

İtaliyadan idxal edilmiş dekorativ bitkilərdə zərərli orqanizm aşkar edilib

“Super Sun” növbəti dəfə diplomla təltif edildi-

“Super Sun” növbəti dəfə diplomla təltif edildi- FOTOLAR

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb-

Qənirə Paşayeva Türk dünyasını Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı sərt mübarizəyə çağırıb- FOTOLAR

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

“AzerGold” QSC-nin nümayəndələri Türkiyədə mədənçilik sahəsini araşdırır

Rusiyalı “Kommersant”:

Rusiyalı “Kommersant”: Bakıda “Panama dosyesi”nin izi ilə

Lavrov:

Lavrov: "Rusiya şirkətləri İraq Kürdüstanında fəaliyyətlərini genişləndirməkdə maraqlıdır"

Müəllimlərin maaşları artacaq-

Müəllimlərin maaşları artacaq- ŞAD XƏBƏR!

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

“Azərbaycan Standartlaşdırma İnstitutu” ilə KƏŞ arasında əməkdaşlıq Memorandumu imzalanıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur